Ələddin Biyabangərd
YazılarMəhsul

Qiymət dəyişdi, köhnə qiymət satılır

Müəllif:Ələddin BiyabangərdDərc edilib:4 dəq oxunuş

Günün ortasında belə bir mesaj gəlir:

“Qiyməti dəyişdik. Artıq 12-dir.”

Menecer panelə baxır — 12 görünür. Rahatdır. İş bitmiş kimi görünür.

İyirmi dəqiqə sonra kassada eyni məhsul 10-la satılır.

Açıq hesabda köhnə rəqəm qalıb. Printerdəki menyu yenilənməyib. Gün yekununda eyni SKU iki qiymətlə düşür.

Dəyişiklik var. Bir qiymət yoxdur.

Solda menecer ekranı: kataloq 12 ₼, effective-from və kim dəyişdi boş. Sağda kassa və açıq hesab hələ 10 ₼ — gün yekunu qarışıqdır.

Niyə belə olur?

Çünki qiymət bir sahə kimi overwrite olunur.

Sistemdə “cari qiymət” var. Kiməsə 12 yazırsan, 10 gedir. Keçmiş satışlar, açıq hesablar və çap olunmuş menyu bu overwrite-i bilmir.

Tipik mənzərə belə olur:

  • Kataloq yenidir, açıq masa/hesab köhnə qiymətlə yaşayır
  • Günün eyni SKU-su hesabatda 10 və 12 ilə qarışır
  • “Kim, nə vaxt dəyişdi?” sualına cavab yoxdur
  • Mübahisədə kassa və ofis bir-birini günahlandırır — iz yoxdur

Bu nöqtədə qiymət dəyişikliyi qərar deyil.

O, günün içində iki həqiqətdir.

Üç panel: overwrite (current_price=12, tarixçə yox); gün içi qarışıq 10 və 12; effective-from pəncərəsi — hər satış öz qiymətini saxlayır.

Dəyişməzdən əvvəl

Mən qiyməti dəyişməyi qadağan etmirəm. Biznesdə bu, normaldır.

Amma üç şey olmadan onu qəbul etmirəm:

  • Effective-from — yeni qiymət nə vaxtdan keçərlidir (indi, sabah, növbəti növbə)
  • Saxlanmış satış qiyməti — hər satış öz məbləğini tutur; kataloq overwrite keçmişi silmir
  • İz — kim dəyişdi, nə vaxt, köhnə və yeni məbləğ yazılıdır

Bunlar varsa, dəyişiklik hadisədir.

Yoxdursa, siz sadəcə bir rəqəmi silmisiniz — və günü qarışdırmısınız.

Nəticə

Kataloqda 12 görmək hələ qiymət dəyişikliyi deyil.

Qiymət dəyişikliyi o zaman başlayır ki, başlama anı aydındır və hər satış öz qiymətini saxlayır.

Əks halda menecer yenisini görür.

Kassa köhnəsini satır.