Ələddin Biyabangərd
YazılarProqram mühəndisliyi

Tutorial-da görünməyən backend problemləri

Müəllif:Ələddin BiyabangərdDərc edilib:3 dəq oxunuş

Java öyrənməyə başlayanda problemlər daha aydın idi. Class var, method var, database var, request gəlir və response gedir. Tapşırıq bitəndə proqram işləyir.

Real sistemdə isə “işləyir” çox aşağı standartdır.

Request iki dəfə gəlsə nə olacaq? Database yavaş cavab versə? Başqa servis işləməsə? Operator səhv məlumat daxil etsə? Dünənki əməliyyata bu gün toxunmaq olarmı? Eyni otaq iki nəfərə rezerv edilsə? Ödəniş uğurlu olub response itərsə?

Əsas öyrəndiyim şey

Backend development mənim üçün getdikcə daha az “kod yazmaq”, daha çox “nəyin baş verə biləcəyini əvvəlcədən düşünmək” işinə çevrilir.

Kodun özü vacibdir. Amma production-da yaşayan sistem üçün state, failure, data consistency, logging, security və recovery ən az kod qədər vacibdir.

Mən hələ də bunların hamısını tam bildiyimi düşünmürəm. Əksinə, real layihələrdə hər dəfə yeni bir detal çıxır və əvvəl düzgün bildiyim bəzi yanaşmaları yenidən düşünürəm.

Məncə software engineering-in maraqlı tərəfi də budur. Öyrənmək bitmir. Sadəcə qarşılaşdığın problemlər dəyişir.